Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku - 19 May

10
0
magic006

ABŞ səfərindən sonra Ərdoğanın açıq mətnlə “Türkiyə Rəqqa əməliyyatında iştirak etməyəcək” bəyanatı iki məqamdan xəbər verir. Birincisi, ABŞ-la Türkiyə arasında Fətullah Gülənin təhvil verilməsi və YRG-nin terror təşkilatı kimi qəbul edilməsinə dair sövdələşmə baş tutmayıb, ikincisi, Türkiyə 15 iyuldan sonrakı Suriya siyasətindən dəyişiklik etməyəcək. “Fərat qalxanı” əməliyyatından sonra Türkiyənin Suriya masasında əli “möhkəmlənib”, Ankara “kozırlarını” oyunun sonuna kimi əlində saxlamaq niyyətindədir. Bu baxımdan Suriyada, Türkiyə sərhədləri boyunca ikinci bir əməliyyatın keçiriləcəyi ehtimalı artır. Belə bir əməliyyat olarsa, YPG anklavı olan Afrin istiqamətində keçiriləcək. Artıq bu əməliyyata psixoloji hazırlığın başladığını söyləmək olar. Rəqqa bölgəsindən qaçan mülki əhali Türkiyənin nəzarətində olan ərazilərə gəlir və “Fərat qalxanı” bölgəsində artıq ilk çadır şəhərcikləri qurulur. Bu gün isə YPG Afrindən artilleriya ilə bu qaçqın düşərgələrini atəşə tutmağa başlayıb. Bu o deməkdir ki, humanitar fəlakətin qarşısını almaq üçün Türkiyənin Afrin istiqamətində əməliyyat keçirməsi zərurəti yaranıb.

Vüqar HÜSEYNOV

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz