Qusarda oğru dəstəsi ələ keçdi - ƏLLƏRİNƏ KEÇƏNİ OĞURLAYIBLAR

2
0
magic006

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb.

APA TV-nin Şimal bürosunun məlumatına görə, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü, Qusar rayon sakini İbrahimov Vüqar Zahiroviçin 2016-cı ilin oktyabrında rayonun Çiləgir kənd sakini Güləliyev Fərrux Narif oğluna məxsus mağazadan 400 manat məbləğində müxtəlif adda siqaret oğurladığı aşkarlanıb.

Aparılan istintaq tədbirləri nəticəsində bundan sonra onun tanışı Cavadov Tural Dəstəbək oğlu ilə birlikdə 2017-ci ilin fevral ayının 15-18-dək olan müddətdə Qusar şəhər sakini Qədirov Abubəkir Hacı oğluna məxsus yaşayış evindən oğurluq etdiyi müəyyən edilib. İki dost evdən 4330 manat dəyərində ev əşyalarını oğurlayıblar.

Bundan sonra V.İbrahimov və T.Cavadov Vəlibəyov Murad Yavəroviçlə əlbir olaraq 17 mart 2017-ci ildə rayonun Gədəzeyxur kənd sakini Cəbrayılov Habil Novruzəli oğluna məxsus yaşayış evinin qarşısında olan 38 BD 139 dövlət nömrə nişanlı "QAZel" markalı maşını qaçırıblar.

Bu ilin mart ayının 19-da V.İbrahimov T.Cavadovla birlikdə Qusar şəhər sakini Əmrahov Eldar Balamət oğluna məxsus evdən ümumi dəyəri 2370 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Onlar oğurladıqları əşyaları aparmaq məqsədilə Qusar şəhər sakini Əliyarov Azad Yunus oğluna məxsus 10 EX 656 dövlət qeydiyyatlı "QAZ 3110" markalı maşını qanunsuz ələ keçiriblər.

Göstərilən faktlarla bağlı Qusar rayon Polis Şöbəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz