Azərbaycan diplomatının həyat yoldaşı ABŞ-da oğurluqda ittiham edilir

100
0
Diam 1989 wisi quam 06

Azərbaycanlı diplomatın arvadı Mehriban Cəbrayılova Bronksda yerləşən “Marshalls” mağazasından oğurluq etməkdə ittiham edilir. 

haqqın.az xəbər verir ki, bu barədə “Daily News” qəzeti məlumat yayıb. 

Azərbaycan ABŞ-dakı səfirliyinin birinci katibinin 29 yaşlı həyat yoldaşı uşaq arabasında 188 dollarlıq malı mağazadan çıxarmaq istəyərkən mühafizəçilər tərəfindən saxlanılıb.

Mehriban Cəbrayılova hadisə yerinə gəlmiş polis əməkdaşlarına bildirib ki, diplomatın həyat yoldaşıdır və diplomatik toxunulmazlığa malikdir.

Polis saxlanılan şəxsin statusu müəyyən edildikdən sonra qadını sərbəst buraxıb. Amerika nəşri yazır ki, diplomatik status, adətən, diplomatların həyat yoldaşlarına da şamil olunur.

Qəzetin yazdığına görə, belə hallarda polis Dövlət Departamentinə müraciət edir ki, diplomatın toxunulmazlığı ləğv edilsin. Dövlət Departamenti azərbaycanlı diplomatın arvadının saxlanılması faktını şərh etməyib.

Mehriban Cəbrayılovanın əri Fərid “Daily News”a bildirib ki, onun arvadının saxlanılması barədə yayılan xəbər həqiqətəuyğun deyil.

Muxbir.com

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz