Dolların alış qiyməti bahalaşıb

29
0
Diam 1989 wisi quam 06

Bu gün səhər dünən axşam saatları ilə müqayisədə bir sıra Azərbaycan banklarının ABŞ valyutasının alış qiymətini yüksəltdiyi müşahidə olunur. 

Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1,6820 manata, satışı isə 1,6950 manata bərabərdir.

Belə ki, “Bank BTB” dünən dolları 1,6650 manata alırdı. İndi bu göstərici 1,6700 manat təşkil edir. “Bank Silk Vey”, həmçinin alış qiymətini 1 qəpik bahalaşdırıb: 1,6600 manatdan 1,6700 manatadək.

“Unibank” da dolların alış qiymətini bahalaşdıran banklar sırasındadır. Bu bank alışı 1,6780 manatdan 1,6800 manatadək artırıb.

“Günaybank” dolların həm alışını, həm satışını bahalaşdırıb: alış - 1,6800 manatdan 1,6820 manatadək; satış - 1,6920 manatdan 1,6950 manatadək.

Muxbir.com

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz