Azərbaycanda geyimlərdə yeni dəb: Rəsmlərlə işlənmiş cinslər

25
0
Diam 1989 wisi quam 06

Dəb dünyası daim öz rəngarəngliyi və müxtəlifliyi ilə çox seçilir. Dizaynerlər daim yenilik axtarışındadır. Bu sahədə fərqlənmək elə də asan deyil. Lakin cins geyimlər uzun illərdir dəbdə öz hakimiyyətini davam etdirir. Hər xanımın qarderobunda cins şalvar, ətək və ya gödəkcə var. Modelyerlər son illər cins əşyaların yeni versiyasını - bəzədilmiş və ya üzərində rəssam işləmiş geyimləri təklif edir.

Azərbaycanda bəzədilmiş və ya rəsmlərlə işlənmiş cinslərin hazırlaması ilə məşğul olan tanınmış butikin kreativ direktoru Güllər Paşayeva bildirib ki, ölkəmizdə moda sahəsində yenilik axtaran şəxslərin sayı artır:

“Hazırda gənclər öz geyimi ilə daha çox fərqlənmək istəyirlər. Bizim təqdim etdiyimiz geyimlərlə seçilmək daha çox mümkündür. Cins geyimlərinizin üzərində hansı rəsm və ya işləmənin olmasına siz qərar verirsiniz. Bəzi hallarda rəssamlar da öz təkliflərini edir, lakin son qərar yenə də sizindir. Bu layihəyə maraq gündən-günə artır”.

Muxbir.com

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz