Səudiyyəli nazirdən Azərbaycanla bağlı açıqlama

7
0
Diam 1989 wisi quam 06

“Azərbaycan neft hasilatının azaldılması ilə bağlı öhdəliyini ən yaxşı icra edən ölkələrdən biridir.

Azərbaycan neft hasilatını tələb edilən öhdəlikdən daha çox azaldıb”. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi deyib.

Onun sözlərinə görə, neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasının uzadılması ilə bağlı müzakirələrin aparılması üçün Rusiyaya gedəcək. O, Moskvada rusiyalı həmkarı Aleksdandr Novakla görüşəcək.

Qeyd edək ki, cari ilin mart ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 733,3 min barel olub. Bunun 693,3 min barelini xam neft, 40 min barelini kondensat təşkil edib. Gündəlik 596 min barel xam neft, 40 min barel kondensat, 23 min barel isə neft məhsulları ixrac edilib. 

Beləliklə, 11 qeyri-OPEK ölkəsinin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaldılması barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. 

Yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barel, fevralda isə 776,4 min barel olub. Ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. 

Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb. 

Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Muxbir.com

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz