Ölkə gündəmini zəbt edən cütlük ittihamlara cavab verdi – VİDEO

59
0

Bir neçə gündür ki, Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın toyu ölkə gündəmini zəbt edib. Bununla bağlı xəbərlər yayılandan sonra Ayselin birinci həyat yoldaşı Elşən Əsgərov mətbuata çıxaraq Şükürovlar ailəsi haqqında ciddi ittihamlar səsləndirib, idarə rəisinin quldur dəstəsinin olduğunu, onun kürəkəninə “Porche” hədiyyə etdiyini iddia edib. 

Bundan başqa, o, eks-həyat yoldaşı haqqında şəxsi münasibətlərlə bağlı bir neçə ittiham səsləndirib. 

Bütün bunlarla əlaqədar Qüdrət Şükürovun həyat yoldaşı Aynur Şükürova, qızı Aysel Şükürova və onun əri Oktay Əhmədov “Qafqazinfo”nun redaksiyasına müraciət edərək səslənən ittihamlara cavab vermək istəyiblər. 

Oktay Əhmədov bildirib ki, toyun bütün xərcini qayınatası Qüdrət Şükürov deyil, atası Polad Əhmədov ödəyib.


Muxbir.com

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz