Şennax: Qarabağ münaqişəsi yeni Alt Komitə üçün prioritet olacaq

13
0
Diam 1989 wisi quam 06

“Dağlıq Qarabağ və Dnestryanı problemlər AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə yeni Alt Komitəsi üçün prioritet olacaq”.

Bu barədə “Report”a Alt Komitənin sədri Ştefan Şennax bildirib.

Onun sözlərinə görə, üçüncü prioritet münaqişə sonra təyin olunacaq, bu istiqamətdə işlər davam etdirilir.

Ş.Şennax həmçinin Alt Komitənin ilk iclasının bu ilin may ayında Helsinkidə baş tutacağını, daha bir iclasın isə iyunda Vyanada keçiriləcəyini bildirib.

Xatırladaq ki, bu il mart ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennax AŞPA-nın münaqişələr üzrə yeni Alt Komitəsinin sədri seçilib. O, eyni zamanda AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.

Muxbir.com

0 Şərh(lər)

  1. Şərh yazılmayıb

Şərh yaz